Dövlətə məxsus “AqrarKredit” BOKT QSC-nin törəmə təşkilatının direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, Kamil Seyidov İsmayıl oğlu “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-nin direktoru təyin edilib. O bu vəzifədə Süleyman Bəkirov Bəkir oğlunu əvəz edib. Xatırladaq ki, “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” 2015-ci ildə təsis edilib və 10 000 manat nizamnamə kapitalı var.