Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb. Modern.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub...