"Fikir vermisinizsə, kitab oxumağımız o tərəfə dursun, ildən-ilə, aydan-aya baxa bildiyimiz videolar da qısalır. Əvvəl 1 saatlıq videoya baxırdıqsa, sonra 5-10 dəqiqəlik videolara baxırdıqsa, indi ona da səbrimiz çatmır, artıq bir dəqiqəlik, yarım dəqiqəlik videolar istəyirik. Artıq danışmağa, cümləni, sözü axıra kimi deməyə də hövsələmiz çatm...