Qanunsuz onlayn kazino oyunları təşkil edən iki nəfəri saxlanılıb

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən daha iki nəfər – 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar. Araşdırmalarla məlum olub ki, […]