ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Vaşinqtonun Qrenlandiyanı əldə etməsinə kömək etmədiyi təqdirdə ölkəni bu təşkilatdan çıxarıb-çıxarmayacağı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. Tramp bunu Vaşinqtondan Florida ştatına uçmazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada qeyd edib. “Görəcəyik”, – deyə Amerika administrasiyasının rəhbəri bildirib. “NATO Qrenlandiya məsələsində bizimlə əməkdaşlıq edir. Milli təhlükəsizlik baxımından […]