Donald TrampPrezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Yəməndəki separatçılar arasında mövcud münaqişənin nizamlanması ilə məşğul olmağa hazır olduğunu açıqlayıb. Amerika lideri bunu Britaniyanın “The Daily Mail” qəzetinə müsahibəsində bildirib. “Düşünürəm ki, bu, bizim məşğul olmalı olacağımız növbəti müharibədir. Biz ona doqquzuncu nömrəni verəcəyik”, – deyə Tramp vurğulayıb.