Qanunvericilikdəki minimum əməkhaqqı anlayışı təkmilləşdirilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl minimum əməkhaqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi. Qanuna əsasən, minimum əməkhaqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq […]