Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü kəndindəki su kanalına düşüb. Modern.az-ın məlumatına görə, 49 yaşlı kişi hadisə yerində həyatını itirib. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. ...