İran etirazlar fonunda internetin bağlanması sonrası milli mesajlaşma tətbiqlərini işə salmağı planlaşdırır. Bu barədə “İRİB” agentliyi məlumat yayıb. Məlumata görə, tezliklə təsdiq edilmiş kanallar Bale, Rubika, Soroush Plus və Igap messencerlərində aktiv olacaq. Nəşr bildirir ki, indiyədək yalnız İranın rəsmi media kanallarının fəaliyyəti mümkündür.