Çalışma müddətinin uzadılması işçilərin müqaviləsinə xitam verilməsinin qarşısını alacaq

Çalışma müddətinin uzadıldığı hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə yol verilməyəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdiriləcək. Bu halda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş […]