Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 179,6 ton kərə yağı eht...