Prezident Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb. Söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, […]