“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən Ermənistan üzrə proqnozun “sabit”dən “müsbət”ə yüksəldilməsində bu ölkə ilə Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı gözləntilər mühüm rol oynayır. Bu barədə agentliyin Ermənistanın reytinqlərinin qiymətləndirilməsinə dair hesabatında bildirilir. Qeyd olunur ki, proqnozun “müsbət”ə dəyişdirilməsi regionda geosiyasi və təhlükəsizlik mühitinin yaxşılaşması potensialına dair baxışı əks […]