Ürək-damar cərrahı Rəşad Mahmudov: "İnsan xəyalını düzgün quranda, hədəflərini daha asan müəyyənləşdirə bilir"

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Kaspi" qəzeti tərəfindən reallaşdırılan "Məktəbdə..." layihəsinin budəfəki qonağı tanınmış ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov olub. Paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə qonaq "Həyatın əsas açarı uşaqlıqdan xəyal etmək, gerçəkləşmiş kimi şükür etmək, inanmaq və hər şeyə rəğmən yorulmadan yola davam etməkdir", - deyə vurğulayıb.