Azərbaycan Respublikasının Mərkəzi Bankının pul siyasəti icmalında bildirilib ki, 2025-ci ilin dekabr ayında kirayə haqları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb. Həmçinin qeyd olunub ki, 2025-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti şirkətləri tərəfindən satılan mənzillərin qiyməti orta hesabla 12,7 faiz, təkrar mənzil bazarında isə 12,2 faiz yüksəlib. […]