Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?

Son illər piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat qəzaları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu fonda Azərbaycanda piyadaların hərəkət təhlükəsizliyi ilə bağlı yeni dövlət standartının qəbuluna hazırlıq aparılması mövzunu yenidən gündəmə gətirib. Belə ki, Azərbaycanda "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının qəbulu gözlənilir. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.