Ağstafada fermada müəmmalı ÖLÜM

Ağstafada fermada kişi meyiti aşkarlanıb. Modern.az xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)...