Tikinti şirkətlərinin özbaşınalığına SON: Kompensasiya necə ödənilməlidir?

Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi prosedurunu tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur. Bu təşəbbüslə Milli Məclisin deputatı Nurlan Həsənov parlamentin plenar iclasında çıxış edib və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi, həmçinin bu barədə qərar qəbul etmək səlahiyyətinə malik orqanların fəaliyyəti, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması, meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir.