"Özünü bizim yolumuzda qurban verdin"

"22.02.2021… Səni bizdən alan o qara gün. Nə tez keçdi bu 5 il… Ən çox da sənə yanıram, Balaşım. Rahat bir həyatın olmadı. Özünü tanıyandan, əlin çörəyə çatan kimi bütün ailənin yükünü o balaca çiyinlərində daşıdın. Biz də rahat yaşadıq, yedik, doyduq, yenə də istədik, "etməlisən" dedik. Sən də bizi yaşada-yaşada özünü ...