Meksika qüvvələri narkokartel liderini ABŞ-nin iştirakı olmadan zərərsizləşdirib

Meksika xüsusi xidmət orqanları "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edildiyi güc əməliyyatını müstəqil şəkildə hazırlayıb və həyata keçiriblər, Amerika tərəfi isə yalnız əlavə kəşfiyyat məlumatları təqdim edib.