Azərbaycanda ötən ay 175 milyon manat müavinət və Prezident təqaüdü ödənilib
Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezident təqaüdü ödəyib.