Bakıda qətl hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə fevralın 21-də Şüvəlan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində həmyerlisi, 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb. İ. Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. ...