Kembric kurikulumu ilə hər kəsə əlçatan özəl təhsil imkanı yaradan "SİMURQ" Liseyinə qəbul başlanıb. Şagirdyönümlü və sevgi əsaslı təhsili daha əlçatan etmək üçün 2026/2027 tədris ilindən etibarən "SİMURQ" Liseyi təhsil əhatəsini genişləndirərək daha çox şagird üçün yeni imkanlar təqdim edir. Artıq yeni "Yasamal" və "Gənclik" korpusları sentyabrdan fəaliyyətə başlayacaq.