Bakıda Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgidə rəssamın müxtəlif janrlarda yaratdığı dəyərli əsərlər nümayiş etdirilir. Ekspozisiya 31 marta qədər davam edəcək.