Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə "CEI Nakhchivan" MMC, həmçinin 25 MVt gücündə "Qərbi Üfüq" Günəş Elektrik Stansiyası layihəsi üzrə "Enerso" MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyəqoşulma müqavilələr imzalayıb.