Ukrayna XİN rəhbərinin müavini: "Azərbaycanın etdiyi yaxşılığı unutmayacağıq"

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycana humanitar dəstəyə görə təşəkkür edib. Diplomat işğal dövrünü yaşamış Azərbaycanın Ukraynanı yaxşı anladığını və bu yardımın həyati əhəmiyyət daşıdığını vurğulayıb.