Türkiyənin vitse-prezidenti Azərbaycana səfər edəcək

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək. Cevdet Yılmaz 2-3 aprel tarixlərində Bakıya gələcək. Onun Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclasında iştirakı nəzərdə tutulur.