Azərbaycana müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilib. Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. […]