Səudiyyə Ərəbistanı 2025-ci ilin IV rübünü son beş ilin ən böyük büdcə kəsiri ilə başa vurub. Bu, neft qiymətlərinin azalması fonunda baş verib, bu barədə krallığın Maliyyə Nazirliyinin məlumatlarına istinadən “Bloomberg” məlumat verib. Oktyabr–dekabr aylarının yekunlarına görə kəsir 94,9 milyard Səudiyyə rialı ($25,3 milyard) təşkil edib. Ümumilikdə 2025-ci il üzrə göstərici təxminən 276,6 milyard riala […]