Naxçıvanda içməli su ilə bağlı vəziyyət yaxşılaşdırılacaq, 40 subartezian quyu qazılacaq

Naxçıvanda əhalinin içməli su ilə bağlı vəziyyəti yaxşılaşdırılacaq. Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi […]