Rusiyanın Ukraynada apardığı açıq müharibənin başlamasından 4 il keçir. Bu savaş 2013-cü il noyabrın 21-də siyasi hakimiyyət uğrunda mübarizədə özünü göstərmişdi. Həmin tarixdə Kiyevdə Avromaydan hərəkatı başlamışdı. Etiraz aksiyası Ukrayna hökumətinin Avropa İttifaqı ilə Assosiasiya Sazişinin (Aİ ilə Aİ üzvü olmayan dövlət arasında əməkdaşlıq üçün çərçivə təmin edən saziş) imzalanmasına hazırlığı dayandırmasına cavab olaraq keçirilib. Onda Ukraynanın prezidenti rusiyayönlü Viktor Yanukoviç idi. Hakimiyyət Maydandakı aksiyanın qarşısını silahlı qüvvə və xüsusi təyinatlılar vasitəsilə almağa çalışsa da, buna nail ola bilməyib.