"Turan Tovuz"un baş məşqçisi: "Qəbələ"dən ehtiyat edirdik"

"Turan Tovuz" komandası "Qəbələ" kollektivindən ehtiyat edib. "Report" xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında açıqlama verib. Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda üç cavabsız qolla qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb: "Qəbələ"dən biraz ehtiyat edirdik, yaxşı komanda olduğunu bilirdik. Sürətli hücumçuları var. Allaha şükürlər olsun ki, öhtəsindən gəldik, komanda pis oynamadı".