Ukrayna Rusiyanın təcavüzünü dəstəkləyən 29 fiziki şəxs və 15 təşkilata yeni sanksiyalar tətbiq edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalar tətbiq etmək qərarını təsdiqləyən fərmanı imzaladığını qeyd edib. Bildirilir ki, “sanksiyalar Rusiya vətəndaşlarının Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozan fəaliyyətlərini, ölkəyə qarşı təşviqat aparmalarını, o cümlədən […]