Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Banker.az xəbər verir ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.