“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersinin qiyməti 4 fevral 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün $90 həddini keçib. Bu barədə ticarət platformasının məlumatlarında bildirilir. Bakı vaxtı ilə saat 09:34-ə olan məlumata görə, qiymətli metalın dəyəri 2,86% artaraq bir troya unsiyası üçün $90,01 təşkil edib. […]