Azərbaycan banklarında aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması IFRS-ə uyğun olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda yerli aktivlərin təsnifləşdirilməsinin və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) 9-cu Standartına uyğunlaşdırılması məqsədilə "Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlii"i təsdiqləyib.