Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınır. 4500 ton dizel yanacağı Ermənistana göndərilir. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir.