Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və s.), onların aparıcıları və oraya dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır. Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.