Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.