Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: MTK-dan ŞİKAYƏT - VİDEO

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Cənub Qapısı" yaşayış kompleksinin sakinləri Baku TV-yə şikayət edərək bildiriblər ki, artıq səkkiz ilə yaxındır burada yaşayırlar, lakin mənzillərinə çıxarış ala bilmirlər. Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.