“Sabunçuavtomatikaquraşdırma” səhmdarlara dividendlər ödəyəcək

15 aprel 2026-cı il saat 10.00-da “Sabunçuavtomatikaquraşdırma” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Banker.az xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır: 1. Səhmdar cəmiyyətin 2025-ci il üçün balans yekunlarının təhlili. 2. Dividendlərin bölünməsi. 3. Səhmdar cəmiyyətin daşınmaz əmlakının bir hissəsinin – MTTS sahəsinin satışa çıxarılması haqqında. 4. 2026-cı ildə qarşıda duran məsələlər.