Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları əmək hüquqları sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin ilə iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlığı müzakirə edib.