Bacısı və 8 aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən ata: "Oğlum meyitlərin arasında məni axtarırdı"

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı mühasirəyə alındıqda Abbasovlar ailəsi də minlərlə sakin kimi doğma yurdu tərk etməyə məcbur qalıb. O gecə Xocalıdan çıxan yol sadəcə bir qaçış yolu deyildi - Qarqar çayının buz kimi suyundan keçən, Kətik meşəsinin qaranlığında uzanan, Pircamal istiqamətində pusqular və güllə səsləri ilə davam edən...