Əraqçi: İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib

İranın xarici işlər naziri Abbas Əraqçi İran-ABŞ danışıqlarının üçüncü raundundan sonra müzakirələrin yaxşı irəliləyişlə nəticələndiyini bildirib və əlavə edib ki, müvafiq paytaxtlarla məsləhətləşmələrdən sonra dördüncü raund gələn həftə keçiriləcək.