Binəqədidə yol qəzası nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan qadın xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.