Azərbaycanda Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə "e-budget.maliyye.gov.az" (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.