Sərsəng su anbarının təmiri 16 milyon manata başa gələcək

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Sərsəng su anbarının təmiri və bərpası ilə bağlı layihə çərçivəsində podratçı şirkət müəyyənləşdirib. Banker.az xəbər verir ki, məlumata görə, görüləcək işlərin icrası “Hidro İnşaat Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Müqavilənin ümumi dəyəri 15 973 411 manat təşkil edir.