Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcək

28 May - Müstəqillik Günü münasibətilə Qusar şəhəri növbəti dəfə yüzlərlə idmansevəri bir araya gətirəcək. Şimal bölgəsinin və regionlarda təşkil olunan ən böyük beynəlxalq qaçış tədbirlərindən biri sayılan "Zirvəyə Doğru Qaçış" yarışı bu il də böyük iştirakçı sayı ilə diqqət mərkəzində olacaq.