Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Banker xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, […]