Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında dekarbonizasiya sahəsində tərəfdaşlığın genişləndirilməsi planlaşdırılır. Banker.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşündə aöparılıb. Görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan […]